Türkiyə üçün qorxunc proses başladı: ABŞ və İngiltərə ANKARAYA QARŞI

Türkiyə üçün qorxunc proses başladı: ABŞ və İngiltərə ANKARAYA QARŞI
14:23 8 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali İraq regional kürd müxtariyyəti müstəqillik üçün referendum hazırlıqlarına başlayıb.

Publika.az İngiltərənin “The Times” qəzetinə istinadən xəbər verir ki, bu haqda muxtariyyətin başçısı Məsud Bərzaninin məsləhətçisi Hemin Havrami deyib.

O, mövzunun Məsud Bərzani ilə ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında da müzakirə olunduğunu bildirib. Havrami referendumun Kərkükü də əhatə edəcəyini söyləyib.

Hemin Havrami İngiltərə Xarici İşlər Nazirliyi ilə də danışıqların aparıldğını vurğulayıb.

İraqın keçmiş xarici işlər naziri Hoşyar Zebari isə bildirib ki, kürd muxtariyyətinin İraqın gələcəyindən ümidini kəsdiyini deyib. Mosulda İŞİD terror təşkilatına qarşı həyata keçirilən Mosul əməliyyatının sona çatmasının gözlənildiyini deyən Zebari referendumunun payız aylarında keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

Hoşyar Zebari referendumdan dərhal sonra müstəqilliyin elan edilməyəcəyini, Bağdad hökuməti ilə müstəqilliyin tanınması və ərazi mövzularında danışıqların aparılacağını qeyd edib.

Türkiyə isə “Kürdüstan”ın yaradılmasına qarşıdır. Mayın 3-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya prezidenti də müstəqil kürd dövlətinin yaradılmasına qarşıdır.

Bir neçə gün əvvəl isə jurnalistlərə açıqlamasında kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin müşaviri Məhəmməd Hacı söyləyib ki, müstəqilliklə bağlı referendum avqust ayında keçiriləcək.

Xatırladaq ki, Məsud Bərzani mayın 2-də Fransanın “Le Figaro” qəzetinə müsahibəsində kürdlərin müstəqilliyini elan etməsinin zamanı gəldiyini deyib. O, İraqdan sülhlə ayrılmaq istədiklərini vurğulayıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR