Kim gəlir, kim gedir?

Kim gəlir, kim gedir?
14:37 8 May 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2016-17 mövsümü başa çatar-çatmaz Premyer Liqa klubları transfer çalışmalarına start veriblər. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gələn mövsüm elitada iştirakı dəqiq olan 7 komanda hələ ki, daxili "bazar"la kifayətlənir.

Klublar ilk növbədə heyətlərində "təmizlik işləri" aparmaqla məşğuldular. Təsadüfi deyil ki, hələlik təkcə "Qarabağ" heç bir oyunçu ilə yollarını ayırmayıb.
 
Transfer fəaliyyətinə ən sürətli start götürən komanda "Sumqayıt"dı. Transfer qadağası olan "İnter"lə yanaşı, "Qəbələ", "Zirə" və "Kəpəz" isə heç kimi heyətə cəlb etməyiblər. 
 
"Qarabağ"
Gələn: Abbas Hüseynov ("İnter")
Gedən: yoxdu
Müqavilə müddətini artıran: yoxdu
 
"Qəbələ"
Gələn: yoxdu
Gedən: Teo Uiks ("Ermis": icarə müddəti başa çatıb)
Müqavilə müddətini artıran: Dmitri Bezotosnı
 
"İnter"
Gələn: yoxdu
Gedənlər: Abbas Hüseynov ("Qarabağ"), Səlahət Ağayev ("Neftçi")
Müqavilə müddətini artıranlar: Nizami Hacıyev, Tərlan Quliyev, Samir Zərgərov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Elnur Abdullayev, Mirsahib Abbasov, İlkin Qırtımov, Denis Silva, Fuad Bayramov, Adrian Skarlatake, Məmməd Quliyev, Orxan Sadıqlı
 
"Zirə"
Gələn: yoxdu
Gedənlər: Cavid Tağıyev ("Sumqayıt"), Migel Lorenzo ("Vitoriya", Portuqaliya: icarə müddəti başa çatıb), Tural Cəlilov, Yamin Ağakərimzadə
Müqavilə müddətini artıran: Elvin Məmmədov
 
"Kəpəz"
Gələn: yoxdu
Gedənlər: Tural Axundov ("Sumqayıt"), Dario Federiko, Nicat Qurbanov, Tadas Simaitis, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov
Müqavilə müddətini artıranlar: Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Orxan Əliyev
 
"Sumqayıt"
Gələnlər: Tural Axundov ("Kəpəz"), Cavid İmamverdiyev ("Neftçi"), Cavid Tağıyev ("Zirə"), Kamal Mirzəyev (AZAL)
Gedənlər: Mirabdulla Abbasov ("Neftçi": icarə müddəti başa çatıb), Məhəmməd Qurbanov, Kamran Abdullazadə
Müqavilə müddətini artıranlar: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə
 
"Neftçi"
Gələnlər: Səlahət Ağayev ("İnter"), Mirabdulla Abbasov ("Sumqayıt": icarədən qayıdıb)
Gedənlər: Cavid İmamverdiyev ("Sumqayıt"), Mahir Şükürov (karyerasını bitirib), Jairo Rodriges, Maksim Vaylo, Kamal Qurbanov, Murad Ağayev, Elvin Bədəlov
Müqavilə müddətini artıranlar: Elxan Abdullayev (baş məşqçi), Tərzin Cahangirov

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR