Pişiyə bunu etsəniz... – BÖYÜK TƏHLÜKƏ

Pişiyə bunu etsəniz... – BÖYÜK TƏHLÜKƏ
14:43 8 May 2017
Ölkə mətbuatı
A- A+

Pişiklərlə yaxın təmas insan üçün təhlükəli ola bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müalicəsi olmayan “pişik qızdırması” adlı xəstəliyin insana keçməsi mümkündür. Bu xəstəlik pişiyin tükü və sahibinin əlini yalaması ilə insana yoluxa bilər. Özündə Bartonella henselae bakteriyası daşıyan bu qızdırma demək olar ki, 50% pişikdə rast gəlinir. İnsan pişiklə yaxın təmasdan sonra əlini gözünə və ya ağzına vursa, artıq xəstəliyə yoluxmuş olur. Məsələn, ABŞ-da hər il 24 min insan bu xəstəliyə yoluxur.

Xəstəliyin əlamətləri yüksək temperatur, səpmə, ürək bulanma, halsızlıqdır. Xəstəlik bir neçə həftə çəkə bilər. Bu xəstəlik dişləmə və çırmaq vasitəsilə də yoluxur. Odur ki, istənilən belə hal olanda dərhal həmin yeri sabunla yumaq və həkimə müraciət etmək lazımdır.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/197974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR