Deputat təbrik etdi - "O, yüksək nəticə göstərən ilk əməkdar müəllimdir"

Deputat təbrik etdi - "O, yüksək nəticə göstərən ilk əməkdar müəllimdir"
14:52 8 May 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirməsində Mingəçevir şəhər texniki-humanitar liseyinin riyaziyyat müəlliməsi Arzu xanım Hüseynova maksimal - 60 bal toplayıb. Litesy vaxtı ilə mənim təhsil aldığım keçmiş 10 saylı məktəbin yerində inşa edilib. Arzu xanıma zəng edib, onu uğuru münasibəti ilə təbrik etdim və uğurlar arzu etdim.

Milli.Az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Arzu Hüseynova respublikada indiyə qədər ən yüksək nəticə göstərən beşinci müəllimdir: "Arzu xanım yüksək nəticə göstərən ilk əməkdar müəllimdir, o, yüksək nəticə göstərən ilk şəhər müəllimidir. Onun dərs dediyi 11-ci sinif şagirdlərindən bir nəfəri bu günlərdə keçirilən ali məktəblərə qəbul imtahanlarında 685, üç nəfəri isə 600 baldan yuxarı nəticə əldə ediblər".

Qeyd edək ki, Aran-Qarabağ bölgəsi üzrə orta ümumtəhsil müəsisələrində çalışan müəllimlərin diaqnostik qiymətlədirilməsi başa çatıb. Mingəçevir şəhər Texniki-Humanitar Liseyində riyyaziyyat fənnini tədris edən Arzu Hüseynova diaqnostik qiymətləndirmədə pedaqoqlara təqdim olunan bütün sualları cavablandıraraq 100 faizlik nəticə göstərib. O, imtahanda bütün sualları cavablandırmaq üçün ayrılan 90 dəqiqənin cəmi 44 dəqiqəsindən istifadə edib.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR