İŞİD-in daha bir lideri öldürüldü

İŞİD-in daha bir lideri öldürüldü
14:53 8 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstan prezidenti Əşrəf Qani İŞİD-in rəhbərlərindən biri olan Əbdül Xasibanın öldürülməsi haqqında xəbəri təsdiqlədi.

Əfqanıstan prezidentinin rəsmi saytında yer alan məlumatlara əsasən, Əbdül Xasiban aprelin 27-də öldürülüb.

Publika.az xəbər verir ki, Əfqanıstan ordusu ABŞ silahlı qüvvələrilə birgə Nanqarxar əyaləti yaxınlığında əməliyyat keçirib. İŞİD-in regional liderlərindən olan Əbdül Xasiban da bu əməliyyatlar zamanı məhv edilib.

30-dan çox terrorçunun məhv edildiyi reydlərlə bağlı təsdiqini tapmış materiallar NATO-nun tvitter hesabında da yayımlanıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR