Salyanda 36 yaşlı piyadanı avtomobil vurub

Salyanda 36 yaşlı piyadanı avtomobil vurub
14:57 8 May 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 8 may. REPORT.AZ/ Salyan rayonunda 36 yaşlı piyadanı avtomobil vurub. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan şəhərinin Xəlil Rza Ulutürk prospektinin yaxınlığında qeydə alınıb. 
Belə ki, Neftçala rayonunun Xolqaraqaşlı kəndinin sakini Samirə Səmədağa qızı Həsənova yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Salyan Rayon Mətkəzi Xəstəxanasına çatdırılb və ilk tibbi yardım aldıqdan sonra travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-36-yasli-piyadani-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR