Başınız ağrıyanda dərman içirsinizsə, mütləq oxuyun!

“Baş ağrıları zamanı həddindən artıq ağrıkəsici dərman qəbul etmək olmaz. İstənilən dərman aşağı dozada effektsiz, yuxarı dozada isə zəhərdir”.

Bunu Metbuat.az-a açıqlamasında nevroloq Jalə Qarayeva deyib: “Baş ağrısı günümüzdə ən çox pasiyentləri narahat edən nevroloji şikayətdir. Baş ağrıları bir neçə saatdan, bir neçə həftəyə qədər davam edə bilir. Ağrılar səbəb olmadan xəstəlik kimi ortaya çıxan birincili baş ağrıları, beyində və ya bədəndə başqa bir xəstəlikdən qaynaqlanan ikincili baş ağrıları olmaqla iki yerə ayrılır”.

Baş ağrılarını yaradan müxtəlif səbəblər var. Həkimin sözlərinə görə, gərgin iş rejimi, düzgün olmayan qidalanma, nizamsız həyat tərzi, depressiya, gərginlik, yuxusuzluq, beyin qanamaları, kəllə-beyin travmaları, beyin şişləri və və həddindən artıq ağrıkəsici qəbul etmək baş ağrıları yarada bilər.

Həkim Jalə Qarayeva əlavə edib ki, həftədə bir dəfədən, ayda 4 dəfədən artıq ağrıkəsici qəbul etmək olmaz, çünki ağrıkəsicilərin fonunda həmin ağrılar gündəlik baş ağrısı kimi geri dönə bilər. “Hər dərman pasiyentin fərdi özəlliklərinə uyğun seçilir və məsləhət görülür”.

Nə zaman həkimə müraciət etmək lazımdır?

“Çox şiddətli və ani baş verən ağrılar, asqıraq və öskürəklə artan ağrılar zamanı, əl-ayaqda uyuşma, görmə problemləri varsa, baş ağrısı daim eyni bölgədədirsə, yuxarı təzyiq fonunda baş ağrı varsa, ilk dəfə 50 yaşdan yuxarı və 10 yaşdan aşağı uşaqlarda baş ağrıları artıbsa, mütləq nevroloqa müraciət etmək lazımdır.

Aysel Yaqubqızı / Metbuata.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR