22 yaşlı futbolçu qəzada öldü - FOTO

22 yaşlı futbolçu qəzada öldü - FOTO
15:05 8 May 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın "Atletico Uila" klubunun futbolçusu Eduard Qutyerres dünyasını dəyişib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi avtomobil qəzasında həyatını itirib.

E.Qutyerres mayın 7-də Uila şəhərində qəzaya düşüb. Kolumbiyalı futbolçunun rəfiqəsinin idarə etdiyi avtomobil ağaca çırpılıb. Nəticədə o, hadisədən bir neçə saat sonra xəstəxanada keçinib.

Qeyd edək ki, 2015-ci ildən "Atletico Uila" komandasının formasını geyinən Eduard Qutyerres ümumilkdə 19 oyunda iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR