Hollivud Türkiyəyə “köçür”

Hollivud Türkiyəyə “köçür”
15:08 8 May 2017
75 Şou
Ölkə mətbuatı
A- A+

Hollivudun məşhur kino şirkəti Paramaunt Türkiyənin Bodrum şəhərində hotel və istirahət mərkəzləri kompleksi açır.

Publika.az xəbər verir ki, “Target Investment Turizm İsletmeleri” ilə birlikdə açılan mərkəzdə müasir deyil, köhnə Hollivud atmosferi yaradılacaq. Burada indiyədək heç yerdə yayımlanmamış nadir Hollivud filmlərinin fotoları sərgilənəcək. Həmçinin Paramaunt indiyədək çəkdiyi bütün filmlərin kadrarxası fotolarını da istirahət edənlər üçün nümayiş etdirəcək.

Mərkəzdə 134 lüks nömrənin olacağı gözlənilir və pəncərələri Egey dənizinə açılan otaqların xüsusi baseynli terrası olacaq.

Burada yeməklər Kaliforniya tərzində, yəni fermerdən süfrəyə biçimində, təzə halında təqdim olunacaq.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/197975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR