Bu polis "Porsche” ilə qəzaya düşdü və öldü...

Mayın 6-da Tovuzda baş vermiş dəhşətli qəzada ölən polis zabitinin fotoları yayılıb.

Metbuat.az xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı olan Qəhrəmanov Zakir Şakir oğlunun idarə etdiyi "Porsche” Tovuzun mərkəzindəki Heydər Əliyev prospektində divara çırpılıb. Nəticədə o, hadisə yerindəcə vəfat edib. Məlum olub ki, əslən Tovuzdan olan Z.Qəhrəmanov rayona toy məclisinə gedibmiş.

Qeyd edək ki, qəzada dünyasını dəyişən Zakir Qəhrəmanov "Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur. //Azxəbər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR