Azərbaycanda körpünün altında mina tapıldı

Ağcabədi rayonunda tank əleyhinə mina tapılıb.

Metbuat.az xəbər verir ki, ermənilər tərəfindən Qarqar çay vasitəsi ilə axıdılan 62 milli metrlik tank əleyhinə mina rayonun muğanlı kəndi ərazisində həmin çayın üzərində yerləşən avtomobil körpüsünün altında yerli sakinlər tətəfindən aşkar olunub. Kənd sakinləri dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat veriblər.

Əraziyə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları cəlb edilib.

Hazırda ərazidə minanın zərərsizləşdirilməsi üçün ANAMA-nın əməkdaşları tərəfindən hazırılıq işləri görülür.

Sərdar Məmmədov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR