"İntiqam pornosu"nun qurbanları artır

Avstraliyanın iki universiteti ölkədə “İntiqam pornosu” qurbanlarının həddindən artıq olduğunu ortaya çıxarıb.

Metbuat.az xəbər verir ki, onlar bu qənaətə minlərlə insan arasında aparılmış söhbətlərdən sonra gəlib. Məlum olub ki, “İntiqam pornosu”ndan daha çox əziyyət çəkənlər yerli sakinlər, fiziki qüsurlular və LGBT nümayəndələridir.

Avstraliyada hər 5 adamdan 1-nin xəbəri olmadan çılpaq görüntüləri çəkilib. 4200 insan arasında aparılan araşdırmada qadın və kişilərin eyni səviyyədə “İntiqam pornosu”na məruz qaldığı müəyyənləşib.

Bu yazı da sizin üçün maraqlı ola bilər - TELEFONLARINIZ BELƏ DİNLƏNİLİR

Araşdırma nəticəsində məlum olub ki, qadınlara nisbətən kişilər daha çox çılpaq fotolar çəkərək, insanları təhdidlə qorxu altında saxlayır.

Beləliklə, ölkədə təcavüzün rəsmi statistikasında boşluqların olduğu ortaya çıxıb.

Qeyd edək ki, Avstraliyanın yalnız iki əyalətində şəxsin istəyi olmadan fotolarının çəkilib yayılmasına icazə verən qanun var.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR