Vladimir Putin 90 yaşlı müəllimini təbrik etmək üçün onun evinə gedib

Vladimir Putin 90 yaşlı müəllimini təbrik etmək üçün onun evinə gedib
15:17 8 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin keçmiş rəisi Lazar Matveyevi anadan olmasının 90 illik yubileyi münasibətilə təbrik edib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, L.Matveyevin evinə qonaq gedib və ona prezident saatı, “Pravda” qəzetinin 1927-ci il buraxılışından bir nüsxəni hədiyyə olaraq təqdim edib.
L.Matveyev keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi yanında o vaxtkı Almaniya Demokratik Respublikasındakı nümayəndəsi olub.
Vladimir Putin 1985-1990-cı illərdə xarici kəşfiyyat xətti ilə Almaniyanın Drezden şəhərində kəşfiyyat məntəqəsində xidmət edib. Rusiyanın indiki prezidenti baş əməliyyatçı vəzifəsindən nümayəndənin, rezident Matveyevin baş köməkçisi vəzifəsinədək yüksəlib.
Qeyd edək ki, keçmiş DTK-nin Almaniya Demokratik Respublikasındakı bütün əməkdaşları Lazar Matveyevə tabe olub. 




Xəbərin orijinal ünvanı: https://report.az/region/vladimir-putin-90-yasli-muellimini-tebrik-etmek-ucun-onun-evine-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR