Nazirin atasının səhhəti pisləşdi: reanimasiyadadır

Nazirin atasının səhhəti pisləşdi: reanimasiyadadır
15:19 8 May 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun atasının səhhəti pisləşib. 
 
Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, nazirin 93 yaşlı atası Məhərrəm Məmmədyarov ötən gün xəstəxanaların birinə yerləşdirilib. Xəstəxanadan saytımıza bildirilib ki, o, hazırda reanimasiyadadır. 
 
“Qafqazinfo” Məhərrəm Məmmədyarovun çalışdığı Neft-Kimya Prosesləri İnstitutu ilə də əlaqə saxlayıb. İnstitutdan bildirilib ki, M. Məmmədyarov bu gün işə gəlməyib. O, sonuncu dəfə mayın 5-də işdə olub.
 
Qeyd edək ki, M. Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR