Almaniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri - FOTO

Almaniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri - FOTO
15:22 8 May 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın Weiswasser şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş peşəkar boks turniri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, turnirin açılışına Almaniya və Azərbaycan himnlərinin səsləndirilməsi start verilib. Çempionatın açılış mərasimində şəhər meriyasının rəhbəri Torsten Plötzş, Azərbaycan diasporunun nümayəndələri və Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları da iştirak edib.

Artıq Almaniyada ənənə halını almış boks turnirində müxtəlif ölkələrin boksçuları peşəkar rinqdə öz güclərini sınayıb. Ukraynalı boksçu Roman Qolovaşenko Almaniya boksçusu Kai Kurzava, Tino Froehliş və Dominik Kosel Heydər Əliyevin adını daşıyan Dünya və beynəlxalq kəmərləri uğrunda mübarizə aparıblar. Həmyerlimiz Vüsal Əliyev, Malik Məmmədzadə, Loğman Bayramov peşəkar rinqdə rəqiblərinə qalib gəliblər.

Boks turniri Alman-Azərbaycan Cəmiyyəti və 2012-ci ildə Maqdeburq şəhərində təsis olunmuş Heydər Əliyev adına WBCA (World Boxing Committee H.Aliyev) tərəfindən keçirilir.

Zəfər Tağı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR