“Türkiyə və Azərbaycan regionda...” - İrəvan QORXU İÇİNDƏ

“Türkiyə və Azərbaycan regionda...” - İrəvan QORXU İÇİNDƏ
15:23 8 May 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

“Türkiyə Şimal-Atlantika İttifaqının üzvü olaraq Azərbaycanda aktiv hərbi-siyasi fəaliyyəti inkişaf etdirir və bununla Rusiya üçün təhlükə yaradır”.

Publika.az xəbər verir ki, bunu “İnterfaks” agentliyinə müsahibəsində Ermənistanın müdafiə naziri Viqen Sarkisyan deyib.

“Mən anlayıram ki, Türkiyə və Rusiya dialoqunun inkişafının çox pozitiv dövrüdür. Amma mən yenə də belə ciddi təhlükəni gözdən, diqqətdən qaçırmazdım”, - erməni nazir bildirib.

Ermənistan müdafiə idarəsinin başçısının sözlərinə görə, Türkiyə silahlar və texnologiyalar çatdırmaqla, təlimatçıları göndərməklə Bakını açıq şəkildə dəstəkləyir. Sarkisyan qeyd edib ki, bu, regionda dinamikanı güclü formada dəyişdirir.

“Bu, həmçinin Rusiyanın cənub cinahında çox ciddi təhlükələr yaradır”, - Sarkisyan əlavə edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR