Azərbaycanda 51 xəstəyə sümük iliyi köçürülüb

Azərbaycanda 51 xəstəyə sümük iliyi köçürülüb
15:24 8 May 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

2017-ci ilin üç ayı ərzində Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub.

 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunlardan 603 ilkin müraciət etmiş şəxslərin 72 nəfəri dispanser qeydiyyata götürülüb.


Mərkəzin Hemotologiya şöbəsində  cari ilin 3 ayı ərzində 105 xəstə stasionar müalicə alıb.

 

2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində 2017-ci ildə 9 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla həyata keçirilib.  Ümumilikdə 2014-cü ildən indiyədək 51 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib.

 

2015-ci ilin iyun ayından indiyə qədər 258521 nəfər nikahdan əvvəl müayinədən keçib.  11215 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 97 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib. Daşıyıcı olan 54 cütlük prenetal diaqnostika olunması üçün qeydə alınıb.

 

2017-ci ilin aprel ayına qədər Respublika Talassemiya Mərkəzində dispanser qeydiyyatına 2959 xəstə salınıb.

Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür.

 

Bütün görülən işlərlə yanaşı “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicəsi və profilaktikası üzrə” dövlət proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274121

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR