"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşdi

"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşdi
15:27 8 May 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın yeni baş məşqçisi Mirça Luçesku olacaq. Fanat.Az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.


Bildirilir ki, klubun prezidenti Dursun Özbekin qardaşı və İdarə Heyətinin üzvü Mehmet Özbek dünən keçrilən "Zenit" - "Terek" matçını canlı izləyib. O, oyundan sonra rumın mütəxəssislə fikir mübadiləsi aparıb.


Məlumatlara görə, Luçesku mövsümün sonunda "Zenit"dən ayrılacaq. Onun taleyinə mayın 22-də aydınlıq gələcək. Bundan sonra isə o, Türkiyəyə üz tutacaq.


Qeyd edək ki, Luçesku 2000-2002-ci illərdə "Qalatasaray"ı çalışdırıb. Komanda onun rəhbərliyi altında UEFA Super Kubokunu (2000) və Türkiyə çempionluğunu (2002) qazanıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotn-yeni-ba-mqcisi-muyynldi-t57943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR