İki "təzə bəy"li toy: Olimpiya ulduzu "Oskar"lı sevgilisinə ərə getdi - FOTO

İki "təzə bəy"li toy: Olimpiya ulduzu "Oskar"lı sevgilisinə ərə getdi - FOTO
15:37 8 May 2017
Ölkə mətbuatı
A- A+

Britaniyanın gənc və məşhur idmançılarından biri, suya tullanma üzrə Olimpiya Oyunlarında iki medal qazanmış 22 yaşlı Tom Deyli ilə "Oskar" mükafatı laueratı, amerikalı ssenariçi Dastin Lens Bləkin toyu olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 4 ildən bəri qeyri-rəsmi nikahda yaşayan "sevgililər" sosial şəbəkələrdəki profillərində nikah və toy fotolarını paylaşıblar.

Tomun dediyinə görə, "əri" Dastinlə 2013-cü ildə tanış olub: "İlk baxışda anladım ki, bu adama ərə getmək və həyatımın sonunadək onunla yaşamaq istəyirəm".

Deyli ilə Dastin Lens Bləkin toyu İngiltərənin Plimut şəhərinin yaxınlığındakı Bovi qəsrində olub.

İnstagram-da 1,8 milyon daimi təqibçisi olan Tom yazıb: "Toyda 129 qonaq vardı. Çox xoşbəxtəm! Sevdiyim insana ərə getdim!"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/542745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR