Əsəd BMT-yə qapını göstərdi: Rusiyaya yaşıl işıq

Əsəd BMT-yə qapını göstərdi: Rusiyaya yaşıl işıq
15:43 8 May 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada təhlükəsizlik zonaları üzrə memorandumun icrasında BMT-nin himayəsi altında hərbi güclərin iştirakı istisna edilir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriyanın xarici işlər naziri Vəlid Əl-Muəllim deyib.

“BMT himayəsi altında beynəlxalq güclər təhlükəsizlik zonaları üzrə memorandumun icrasında olmayacaq. Bu zonalarda qurulacaq monitorinq mərkəzlərində atəşkəsin qarantı kimi Rusiyanın hərbi polis gücləri yerləşdiriləcək. Bu zonalarda BMT və digər beynəlxalq gücləri heç bir rola malik olmayacaq”, - suriyalı nazir Dəməşqdə mətbuat konfransında bildirib.

Qeyd edək ki, Suriyada atəşkəsin qarantı olan ölkələr mayın 4-də Suriyada 4 təhlükəsizlik zonasının yaradılması üzrə razılığa gəliblər. Təhlükəsizlik zonalarına İdlib və yeddi digər vilayət daxildir. Memoranduma əsasən, bu zonalarda mayın 6-da hökumət qoşunları və silahlı qruplaşmalar arasında istənilən toqquşmalar dayandırılmalıdır.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR