Metro və xüsusi marşrut avtobusları saat 02.00-dək işləyəcək

Metro və xüsusi marşrut avtobusları saat 02.00-dək işləyəcək
15:47 8 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri günlərində xüsusi marşrut avtobusları və metro stansiyaları gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
 
M. Ağayev deyib ki, 3 xüsusi ekspress marşrutu üzrə tamaşaçıların daşınması üçün 228 nəqliyyat vasitəsi ayrılıb: "Ehtiyac olarsa, ehtiyatda olan 90 avtobus da ekspress marşrutlara buraxılacaq. Tamaşaçılardan xahiş edirik ki, biletləri özləri ilə götürsünlər. Biletsiz sərnişinlər ekspress avtobuslardan pulsuz istifadə edə bilməyəcəklər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR