“CinemaPlus”da ümummillli lider Heydər Əliyev haqqında film nümayiş olunacaq

“CinemaPlus”da ümummillli lider Heydər Əliyev haqqında film nümayiş olunacaq
15:47 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “CinemaPlus Ganjlik Mall”da ümummillli lider Heydər Əliyevin 94 illik yubileyi münasibətilə “Tale” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək.
"Report"un xəbərinə görə, “Tale” Vaqif Mustafayevin ümummillli lider haqqında çəkdiyi beşinci filmdir.
Filmdə 1985-1993-cü illərdə ümummillli liderin həyatında baş vermiş hadisələr əks olunur. Heydər Əliyev özü həyatının bu çətin illəri haqqında danışır.
Film mayın 10-da saat 11:00-da nümayiş olunacaq. Giriş sərbəstdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/cinemaplus-da-umummillli-lider-heyder-eliyev-haqqinda-film-numayis-olunacaq08052017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR