​Erməni kəşfiyyatına işləyən digər hərbçilər də varmı?

Erməni kəşfiyyatına işləyən hərbçilər aşkarlanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatına əsasən, aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, əməliyyatın hansı formada həyata keçirildiyi barədə detallı məlumat yoxdur:

“Bu kimi hallar yolverilməzdir. Düşmən tərəfə hər hansı bir dövlət əhəmiyyətli sirlərin ötürülməsi vətənə xəyanətdir. Hər halda, Azərbaycan xüsusi xidmət orqanları bu məsələ ilə bağlı vaxtında ayıq-sayıqlıq nümayiş etdirib, vəziyyətin genişlənməsinin, şəbəkə halına alınmasının qarşısını alıblar. Bu, o deməkdir ki, bundan sonra hər birimiz düşmənə qarşı tədbirli olmalı və bu kimi halların qarşısını almaqda Azərbaycan dövlətinə kömək etməliyik”.

Xəyalə Məmmədova /METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR