DİQQƏT: Bu qadın axtarılır

ABŞ-ın Müdafiə Nazirliyi Suriyanın Rəqqa şəhərində olduğu güman edilən ingilis əsilli Seli Jonsu axtarır.

Metbuat.az xəbər verir ki, 49 yaşlı qadın Pentaqonun Suriyada "sui-qəsd siyahısı"na daxil etdiyi hədəflər sırasına daxildir.

2013-cü ilə qədər rok müğənnisi kimi fəaliyyət göstərən Seli Jons İŞİD-in internet üzərindən üzvlər toplamasında vasitəçi olub.

Jonsun 11 yaşlı övladından “canlı qalxan” kimi istifadə etdiyi deyilir. Onun 2015-ci ildə ABŞ hərbi qüvvələrinin Suriyada həyata keçirdiyi bombalama nəticəsində ölən həyat yoldaşı İŞİD-in hakerlərindən olub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR