Türkiyəli hakimlər briqadası Çempionlar Liqasının yarımfinal oyununa təyinat alıb

Türkiyəli hakimlər briqadası Çempionlar Liqasının yarımfinal oyununa təyinat alıb
15:52 8 May 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Türkiyəli referi Cüneyt Çakır futbol üzrə Çempionlar Liqasında İspaniyanın "Atletiko" və "Real Madrid" komandaları arasında keçiriləcək yarımfinal mərhələsinin cavab görüşünə təyinat alıb.
"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 41 yaşlı referiyə həmyerliləri yardımçı olacaq. Bahattin Duran və Tarık Ongün yan xətt, Barış Şimşek və Ali Palabıyık əlavə köməkçi hakim, Mustafa Eyisoy dördüncü hakim funksiyasını yerinə yetirəcək. Matç mayın 10-da "Visente Kalderon" stadionunda keçiriləcək.
Qeyd edək ki, ilk oyunda "Real Madrid" 3:0 hesabı ilə qalib gəlib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turkiyeli-hakimler-briqadasi-cempionlar-liqasinin-yarimfinal-oyununa-teyinat-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR