"Azərbaycan Dəmir Yolları" İslamiada ilə bağlı Tədbirlər Planı həyata keçirəcək

"Azərbaycan Dəmir Yolları" İslamiada ilə bağlı Tədbirlər Planı həyata keçirəcək
15:52 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı çoxsaylı idmançıların və qonaqların ölkəyə gəliş-gedişi üçün əsas nəqliyyat infrastrukturları kimi Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı sərnişin stansiyası nəzərdə tutulur.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib. 
Məlumatda deyilir ki, oyunlar zamanı dəmir yolu nəqliyyatının tənzimlənməsi üçün ADY sədrinin əmri ilə Tədbirlər Planı hazırlanıb. Plana əsasən, yarışların açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri günlərində saat 18.00-da saat 01.00-a qədər biletli tamaşaçılar, qonaqlar, habelə müvafiq qaydada akkreditasiyadan keçmiş şəxslər Bakı sərnişin stansiyasından Bakı Metropoliteninin “Koroğlu” stansiyasına qədər “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınacaq. 
Eyni zamanda Bakı vağzalında və qatarlarda quraşdırılmış monitorlarda günün müxtəlif saatlarında Azərbaycanla bağlı tanıtım və IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş reklam çarxları yayımlanacaq. Yarış müddətində dəmir yolu stansiyalarında sıxlığın yaranmasının qarşısını almaq, işi lazımi qaydada həyata keçimək məqsədi ilə sərnişinlərin qarşılanması, yönləndirilməsi, eyni zamanda Bakı sərnişin stansiyasında məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-demir-yollari-i-slamiada-ile-bagli-tedbirler-plani-heyata-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR