Xəzər Universitetində TEDx konfransı olacaq

Xəzər Universitetində TEDx konfransı olacaq
15:59 8 May 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 13-də Xəzər Universitetində TEDx (‘Thinking Deeply’) konfransı keçiriləcək. 

 

Lent.az-ın məlumatına görə,  konfransda professor Hamlet İsaxanlı (Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri), Fuat Rəsulov (Xəzər Universitetinin müəllimi), Samir İmanov (yazıçı), Qismət Rüstəmov (şair və ədəbi tənqidçi), Jestin Baby Mandumpal (Xəzər Universitetinin müəllimi), Murad Məmmədov (təlimçi), Rəşad Bayramov (təlimçi), Daşqın Həmidzadə (təlimçi) və Erlan İsmayılov (Xəzər Universitetinin tələbəsi) kimi natiqlər məruzələrlə çıxış edəcək.  Məruzələrdən ikisi ingilis dilindədir və Azərbaycan dilinə tərcüməsi də təqdim olunacaq. 

 

Tədbir Xəzər Universitetinin Bəşər Səfəroğlu küçəsi, 122-də yerləşən “Dünya” konsert zalında baş tutacaq. Konfrans 14:00-dan 18:00-dək davam edəcək.

 

Tədbirə giriş biletlə olacaq. Biletlər Xəzər Universiteti Neftçilər kampusu 303 nömrəli otaqda və https://goo.gl/forms/UlFRYWaYVjTLDbyf2 linkinin altında göstərildiyi şəkildə satılmaqdadır. Ya da (055)  812 32 14 nömrəsi ilə əlaqə saxlamaqla biletləri əldə edə bilərsiniz.

 

Biletin qiyməti 5 AZN-dir. 

 

Tədbirin proqramına daxildir:

14:00-14:15 Musiqi nömrələri (Xəzər Universtetinin orkestri)

14:15 - 16:00 Məruzələr
16:00 - 16:30 Çay fasiləsi
16:30 - 18:00 Məruzələr


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR