SOCAR-ın nümayəndə heyəti Tehranda beynəlxalq sərgidə iştirak edir

SOCAR-ın nümayəndə heyəti Tehranda beynəlxalq sərgidə iştirak edir
16:02 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ İranın paytaxtı Tehran şəhərində “İran Oil Show - 2017” XXII Beynəlxalq neft-qaz, neft emalı və neft kimyası sərgisi işinə başlayıb.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, SOCAR-ın nümayəndə heyəti də sərgidə iştirak edir.
“6-9 may tarixlərində keçirilən sərgidə SOCAR-ın stendi böyük maraq doğurub. SOCAR-ın nümayəndələri iştirakçılara Azərbaycanın neft və qaz sənayesində baş verən yeniliklər, əldə olunan uğurlar, şirkətin ölkə daxilində və beynəlxalq layihələrdə rolu barədə məlumat verib, müxtəlif şirkət nümayəndərinin SOCAR-la əməkdaşlıq imkanları nəzərdən keçirilib, onları maraqlandıran suallar cavablandırılıb”,-məlumatda qeyd olunub.
Sərgidə Rusiya, Çin, ABŞ, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, Cənubi Koreya, Türkiyə, Avstraliya da daxil olmaqla dünyanın 37 ölkəsindən 1500 xarici və 2500-ə qədər yerli şirkət iştirak edir. Rəsmi açılış mərasimində İranın birinci vitse-prezidenti Pərviz Davidi, neft naziri Bican Zənqane, sərginin əsas təşkilatçısı - İran Milli Neft Şirkətinin icraçı direktoru Əli Kardor və digər rəsmi şəxslər iştirak ediblər. 




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-in-numayende-heyeti-tehranda-beynelxalq-sergide-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR