Putin "KQB"dəki keçmiş rəisini təəccübləndirdi - FOTO

Putin "KQB"dəki keçmiş rəisini təəccübləndirdi - FOTO
16:05 8 May 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə günü ərəfəsində 1980-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ADR Dövlət Təhlükəsizliyi Nazirliyi yanında sabiq nümayəndəsi olmuş keçmiş rəisi Lazar Matveyevə baş çəkib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Putin keçmiş rəisini 90 illik yubiley münasibətilə təbrik edib.

Putin Matveyevin evinə keçmiş həmkarları, hazırda "Transneft"in rəhbəri olan Nikolay Tokarev və "Rostex" şirkətinin rəhbəri Sergey Çemezovla birlikdə gedib. Rusiya prezidenti Matveyevi yubileyi və 9 May Qələbə günü münasibətilə təbrik edib, yubilyarın şərəfinə tost qaldırıb.

Putin Matveyevə hədiyyə olaraq Prezident saatı, həmçinin "Pravda" qəzetinin 1927-ci ildə nəşr olunmuş nüsxəsini təqdim edib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR