Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun atasının səhhəti pisləşib.
Nazirin 93 yaşlı atası Məhərrəm Məmmədyarov ötən gün xəstəxanaların birinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, o, hazırda reanimasiyadadır.
Məhərrəm Məmmədyarovun çalışdığı Neft-Kimya Prosesləri İnstitutu ilə də əlaqə saxlayıb. İnstitutdan bildirilib ki, M. Məmmədyarov bu gün işə gəlməyib. O, sonuncu dəfə mayın 5-də işdə olub.
Qeyd edək ki, M. Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir. //Qafqazinfo.az