Azərbaycandakı veloyarışda maraqlı anlar - At velosipedə qarşı - VİDEO

Azərbaycandakı veloyarışda maraqlı anlar  - At velosipedə qarşı - VİDEO
16:12 8 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkədə Azərbaycan keçirilən velosiped yarışı zamanı maraqlı görüntü paylaşılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, velosipedçilər hərəkətdə olarkən yolun kənarı ilə qaçan at diqqət çəkib. Bu görüntülərin dünən Azərbaycanda başa çatan "Tour d"Azerbaidjan-2017" yarışı zamanı çəkildiyi bildirilib.

Lakin Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən qol.az-a bildirilib ki, çəkiliş həmin yarışda deyil, 2015-ci ilin noyabrında aparılıb.

"Velosipedi sürənlər isə "Tour d"Azerbaidjan" yarışmasının peşəkar iştirakçıları yox, həvəskarlardan ibarət "Bike Tastic" qrupunun üzvləridir. Bu qrupun üzləri belə yürüşü tez-tez təşkil edirlər. Çəkilişi qrupun üzvü olan Zaur Mirzəyev Qaxda, İIisu kəndi yaxınlığında aparıb", - deyə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev bildirib.

Qurum rəsmisi onu da deyib ki, bu hadisə təbii olaraq yaranıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycandakı veloyarışda maraqlı anlar yaşandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR