Fernando Alonso: “Digər treklərlə müqayisədə Bakıda olduqca böyük sürətə nail olmuşduq”

Fernando Alonso: “Digər treklərlə müqayisədə Bakıda olduqca böyük sürətə nail olmuşduq”
16:17 8 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisində mübarizə araracaq pilotlar - Fernando Alonso ("McLaren"), Valteri Bottas ("Mercedes"), Felipe Massa ("Williams"), Serxio Perez ("Force India"), Roman Qrojan ("Haas") və Maks Ferstappen ("Red Bull") yarışla bağlı təəssüratlarını bölüşüblər.
“Report”un məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi saytına müsahibə verən tanınmış simalar Bakıya və Formula 1-in ən yeni şəhər trekinə qayıtmaqdan böyük məmnunluq duyduqlarını bildirdilər.
Müasir və tarixi görkəmə, təzadlı mənzərəyə sahib Bakını çox bəyəndiyini söyləyən S.Perez Azərbaycanın paytaxtının indiyədək səfər etdiyi şəhərlər arasında ən gözəli olduğunu açıqlayıb.
V.Bottas da Bakıya yenidən səfər etməyin çox xoş olduğunu vurğulayıb. F.Alonso isə onları hər zaman gülərüz və ehtiramla qarşılayan insanlarla yenidən görüşməyi səbirsizliklə gözlədiyini deyib. O, digər treklərlə müqayisədə Bakıda olduqca böyük sürətə nail olduqlarına diqqət çəkib.
Bakıda yenidən yarışmağı böyük həyəcanla gözlədiyini bildirən F.Massa, ötən il iki saniyədən az müddətə pit-stop əməliyyatı reallaşdıra bildiklərini və bunun inanılmaz dərəcədə böyük uğur olduğunu dilə gətirib.
M.Ferstappen, R.Qrojan və K.Maqnussen isə Bakıda insanların çox mehriban olduqlarını, builki geniş təkərli bolidlərlə Bakı trekinin ensiz hissələrində mübarizə aparmağın ötən ilə nisbətən daha çətin olacağını söyləyiblər.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/fernando-alonso-diger-trekler-muqayisede-bakida-olduqca-boyuk-surete-nail-olmusduq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR