Nazirin atası reanimasiyaya yerləşdirildi

Nazirin atası reanimasiyaya yerləşdirildi
16:28 8 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun atasının səhhəti pisləşib.

Nazirin 93 yaşlı atası Məhərrəm Məmmədyarov ötən gün xəstəxanaların birinə yerləşdirilib. Xəstəxanadan saytımıza bildirilib ki, o, hazırda reanimasiyadadır.

“Qafqazinfo” Məhərrəm Məmmədyarovun çalışdığı Neft-Kimya Prosesləri İnstitutu ilə də əlaqə saxlayıb. İnstitutdan bildirilib ki, M. Məmmədyarov bu gün işə gəlməyib. O, sonuncu dəfə mayın 5-də işdə olub.

Qeyd edək ki, M. Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR