"AGBank"ın səhmdarlarının yığıncağı keçiriləcək

"AGBank"ın səhmdarlarının yığıncağı keçiriləcək
16:32 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ İyulun 23-də "AG Bank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. 
Bu barədə "Report" Banka istinadən xəbər verir. 
Məlumata görə, yığıncaq saat 12.00-da "AGBank"ın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 102A ünvanında yerləşən inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə Bankın İdarə Heyətinin və Audit Komitəsinin hesabatının, maliyyə nəticələrinin təsdiq edilməsi, kredit təşkilatının özəl kredit bürosunda üzvlüyü haqqında məsələlər daxil edilib. 
Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 102,2 mln. manatdır. Bankın səhmlərinin 33,57%-i onun Müşahidə Şurasının sədri Çingiz Əsədullayevə, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i “Kazimir Partners” şirkətinə, 5,79%-i Fərzulla Yusufova, 8,3%-i Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri), 45,61%-i isə 78 minoritar səhmdara məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ag-bank-in-sehmdarlarinin-yigincagi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR