Dondurmanın verdiyi zərərlər...

“Dondurmanı ərzaq növü olaraq xarakterizə etdikdə görərsiniz ki, təkibindəki süd, yağ, yumurta, qaymaq, trans yağlar və şəkərin birlikdə mövcudluğu baxımından bu heç də faydalı qida sayılmır. Hətta bu ərzaqlar hamısı yüksək keyfiyyətdə olsa belə”.

Bunu Metbuat.az-a açıqlamasında dietoloq Amaliya Rəhimova deyib: “Növündən asılı olaraq 100-150 qramlıq dondurmanın kalorisi 500-ə çata bilər. Dondurmanın kalsium, zülal, minerallarla zəngin olduğunu vurğulamaq düzgün deyil, çünki qida dəyəri çox yüksək, bioloji dəyəri isə az olan bu qida məhsulunun verdiyi zərər faydasından çoxdur, xüsusən də uşaq qidalanmasında”.

Dondurma yemək çəki artırır?

"Dondurma yüksək kalorili qida məhsuludur, ancaq həftədə bir ya iki dəfə istehlak edilən dondurma çəkiyə təsir etmir".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR