Bakıətrafı xətt üzrə avtobusların marşrutu dəyişəcək

Bakıətrafı xətt üzrə avtobusların marşrutu dəyişəcək
16:43 8 May 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində - 12 may və 22 may tarixlərində Bakıətrafı kənd və qəsəbələrdə istiqaməti dəyişəcək sərnişin avtobuslarının marşurut xətləri açıqlanıb.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, mayın 12-i (açılış) və 22-də (bağlanış) "Koroğlu" nəqliyyat mübadilə mərkəzinə Bakıətrafı kənd və qəsəbələrdən daxil olan 29 marşrut xətt üzrə avtobusların hərəkətində dəyişiklik olacaq.

12 və 22 may tarixlərində artıq səhər saatlarından başlayaraq Zabrat-Maştağa istiqamətindən “Koroğlu” nəqliyyat mübadilə mərkəzinə gələn avtobusların hərəkət istiqamətim Bakıxanov dəmir yolu stansiyasına, Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən gələn avtobuslar Aeroport yolu-Zığ beton yolu-Gəncə prospekti və “Həzi Aslanov” metro stansiyasına istiqamətləndiriləcək. Eyni zamanda Ziya Bünyadov prospektindən 24 saylı marşurut xətti üzrə avtobuslar Əsədullayev-Y. Əliyev-Mehmandarov, Sülh-Qəmbərov-R. Rüstəmov-Q.Qarayev prospekti-Ş. Mirəzyev- T.Abbasov-Ə. Vəliyev-Q.Qarayev prospekti, sonra mövcud xətt üzrə hərəkət edəcək. Əks istiqamətdə isə Z. Bünyadov-Q.Qarayev-Ə.Vəliyev-M.Abbasov-Ş. Mirəzyev-Q.Qarayev prospekti-R.Rüstəmov-Qəmbərov-Əfəndiyev-Sülh-Mehmandarov-Y.Əliyev-Əsədullayev xətti üzrə sərnişin daşıyacaq.

Ziya Bünyadov prospektindən 93 saylı marşrut xətti üzrə avtobuslar E. Mehdiyev-Bakıxanov- dəmir yolu stansiyası-Əfəndiyev-R.Qəmbərov-R.Rüstəmov-Ş.Mirəzyev-T.Abbasov-Ə.Vəliyev-Q.Qarayev prospekti-Ziya Bünyadov prospekti, sonra isə mövcud xətt üzrə hərəkət edəcək. Bu marşrut üzrə avtobuslar əks istiqamətdə Z.Bünyadov-Q.Qarayev-Ə.Vəliyev-M.Abbasov-Ş.Mirəzyev-Q. Qarayev prospekti - R.Rüstəmov- R.Qəmbərov-Əfəndiyev-Y.Əliyev-Əsədullayev, sonra isə mövcud xətt üzrə işləyəcək. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/198008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR