Gəncədə maarifləndirici təlim – FOTOLAR

Gəncədə maarifləndirici təlim – FOTOLAR
16:53 8 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 5-də Gəncədə Avropa İttifaqı tərəfindən maliyyələşən və BMT İnkişaf Proqramının (UNDP) dəstəyi ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən icra olunan Sosial İnkişaf Naminə Alyans: Azərbaycanda Sosial Siyasətin Keyfiyyəti, Effektivliyi və Şəffaflığının Artırılması layihəsi çərçivəsində Gəncə şəhəri icra hakimiyyəti, DSMF, Bələdiyyə, QHT, KİV nümayəndələri, eyni zamanda ünvanlı sosial yardım almaqda maraqlı olan insanların iştirakı ilə təlim təşkil olunub.

Publika.az xəbər verir ki, təlimdə Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov “Ünvanlı dövlət sosial yardımı ilə bağlı hüquqi mexanizm” mövzusunda təqdimat edib. O, sosial sahədə mövcud qanunvericilik barədə təlim iştirakçılarına məlumat verib. Təlim iştirakçıları onları maraqlandıran suallarla müraciət ediblər.

Qaldırılan əksəriyyət suallar sistemə sənədlərin yüklənə bilməməsi ilə bağlı olub.

Qeyd olunub ki, sistemə sənədlərin yüklənməsi üçün müraciət olunarsa, həmin vətəndaşa köməklik göstəriləcək. Təlimdə qaldırılan suallara Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin, DSMF rayon şöbəsin nümayəndələri qaldırılan sualları cavablandırıblar.

Təlim zamanı 3 fokus qrup yaradılıb. Hər bir qrupun təqdimatı üçün suallar müəyyənləşdirilib. Qrup üzvləri müəyyən vaxt ayırmasından sonra öz təqdimatlarını ediblər. Qrup üzvləri təqdimat zamanı biri digərinə müxtəlif suallar verib və bu da onların etdiyi təqdimatın daha da maraqlı olmasına səbəb olub. Təlimin sonunda iştirakçılar təlimi qiymətləndiriblər.

Təlimdə 27 nəfər iştirak edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/198010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR