Milli Gimnastika Arenası IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır - FOTO

Milli Gimnastika Arenası IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır - FOTO
16:57 8 May 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan paytaxtı IV İslam Həmrəyliyi Oyunları çərçivəsində gimnastika yarışlarını qəbul etməyə hazırlaşır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında yarışlara hazırlıq tam gücü ilə davam edir. Artıq yarış zalında gimnastika alətləri quraşdırılıb. Hazırda idmançılar son məşqlərini edirlər.

Milli Gimnastika Arenasının qarşısında yerləşən Atletlər kəndi də ilk iştirakçılarını qəbul etməyə hazırlaşır. Artıq sabahdan Azərbaycan gimnastları Atletlər kəndində qalacaqlar.

Mayın 10-da bədii gimnastika üzrə podium məşqləri keçiriləcək.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mayın 12-14-də bədii gimnastika, 13-15-də isə idman gimnastikası üzrə yarışlar keçiriləcək.

Milli Gimnastika Arenasından fotoları təqdim edirik:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR