Azərbaycan milli komandasının Şimali İrlandiya ilə oyuna hazırlıq üçün heyəti açıqlanıb

Azərbaycan milli komandasının Şimali İrlandiya ilə oyuna hazırlıq üçün heyəti açıqlanıb
17:07 8 May 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan milli komandasının Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq məqsədilə təlim-məşq toplanışına çağırılan futbolçuların adları açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki 26 futbolçuya dəvət göndərib. 
Onların arasında "Qarabağ"ın braziliyalı legioneri Riçard Almeyda da var. 
ADI, SOYADI KLUBU Kamran Ağayev Boavişta (Portuqaliya) Anar Nəzirov Zirə Səlahət Ağayev İnter Tərlan Quliyev İnter Bədavi Hüseynov Qarabağ Rəşad Sadıqov Qarabağ Maksim Medvedev Qarabağ Pavel Paşayev Stal (Ukrayna) Maqomed Mirzabekov Qəbələ Ürfan Abbasov Qəbələ Ruslan Abışov Neftçi Rahid Əmirquliyev Qarabağ Qara Qarayev Qarabağ Dmitri Nazarov Aue (Almaniya) Eddi İsrafilov Kadis (İspaniya) Emin Mahmudov Boavişta (Portuqaliya) Elvin Məmmədov Zirə Cavid Hüseynov Qəbələ Araz Abdullayev Qəbələ Əfran İsmayılov Qarabağ Riçard Almeyda Qarabağ Ağabala Ramazanov Qarabağ Ruslan Qurbanov Qəbələ Namik Ələskərov Neftçi Ramil Şeydayev Jilina (Slovakya) Renat Dadaşov Ayntraxt (Almaniya)
Qeyd edək ki, Azərbaycan millisi mayın 15-də Bakıda bir araya gələcək. 5 günlük hazırlıqdan sonra yığma üzvləri mayın 20-də Avstriyaya yollanacaqlar. İki həftəlik təlim-məşq toplanışını iyunun 3-də başa vuracacaq milli komanda hazırlığın son mərhələsini Bakıda keçirəcək. İyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/azerbaycan-milli-komandasinin-simali-i-rlandiya-ile-oyuna-hazirliq-ucun-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR