Xalq artistinin səhhəti pisləşdi

Xalq artistinin səhhəti pisləşdi
17:12 8 May 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dünən səhhətim bir-birdən pisləşdi, halsızlaşdım. Hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində müalicə alıram".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov deyib.
 
Xalq artisti bildirib ki, şəkər və yüksək təzyiqdən əziyyət çəkir: "Məni əsas incidən təzyiqdir. Şəkər də bəzən əziyyət verir. Görünür, yaş da özünü göstərir. Görürsünüz, səsim yaxşı gəlir, sizinlə xoş əhvalla danışıram, amma reanimasiyaya yerləşdiriblər. Heç kim narahat olmasın. Sadəcə, müalicə intensiv aparılsın deyə, palataya yox, reanimasiyaya yerləşdirdilər. Həkim nəzarətindəyəm, ümid edirəm tezliklə sağalıb xəstəxanada çıxacağam", - deyə, o, bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR