Prosineçki Dənizdən imtina etdi, Riçardı çağırdı

Prosineçki Dənizdən imtina etdi, Riçardı çağırdı
17:17 8 May 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın təlim-məşq toplanışı və Şimali İrlandiya ilə oyun üçün heyəti açıqlanıb. Baş məşqçi Robert Prosineçki 26 futbolçuya dəvət göndərib.


Fanat.Az xəbər verir ki, Almaniya ilə müqayisədə heyətdə 2 dəyişiklik var. Belə ki, qapıçı Səlahət Ağayev yenidən yığmaya dəvət alıb. Əvəzində Aqil Məmmədov heyətdən kənarda qalıb.


Baş məşqçi son dövrlər formada olmayan və "Bursaspor"un heyətindən kənarlaşdırılan Dəniz Yılmaza dəvət göndərməyib. 


Riçard Almeyda isə ilk dəfə yığmaya dəvət alıb. Düzdü, "Qarabağ"ın milliləşdirilmiş üzvü Almaniya ilə oyundan əvvəl tanışlıq məqsədi ilə milliyə çağrılmışdı. Bu dəfə isə o, debüt etmək imkanına malikdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosinecki-dnizdn-imtina-etdi-ricard-card-t57948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR