Olimpiya Stadionunun ətrafına yaxınlaşmağa icazə verilməyəcək

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı taksilərin Olimpiya Stadionunun ətrafına yaxınlaşmasına icazə verilməyəcək.

Məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev verib. O bildirib ki, stadionun ətrafında şəxsi nəqliyyat vasitələrinin parklanmasına da icazə verilməyəcək. Tamaşaçılar yalnız ictimai nəqliyyatdan (metrodan və ya xüsusi ayrılmış avtobuslardan) istifadə edə bilərlər.

M.Ağayev qeyd edib ki, açılış və bağlanış mərasimləri zamanı, həmçinin Heydər Əliyev və Neftçilər prospektinin bağlı olması nəzərə alınaraq, avtobus marşrutlarının hərəkət qrafikində bir sıra dəyişikliklər ediləcək. Belə ki, 1 və 13 nömrəli avtobuslar saat 16:00-dan etibarən fəaliyyətini dayandıracaq. //AZƏRTAC


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR