UNEC-də Ulu Öndərə həsr edilən idman yarışları başa çatıb (FOTO)

UNEC-də Ulu Öndərə həsr edilən idman yarışları başa çatıb (FOTO)
17:22 8 May 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

UNEC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən idman yarışları başa çatıb.

Universitetdən Trend-ə verilən məlumata görə, mart ayından start götürən yarışların əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğidir.

Fakültələr arasında keçirilən yarışlarda UNEC tələbələri badminton, voleybol, basketbol, stolüstü tennis, mini futbol, şahmat və dama idman növləri üzrə bacarıqlarını sınayıblar.

Badminton, mini futbol, stolüstü tennis və şahmat yarışlarında Rus İqtisadiyyat Məktəbinin tələbələri fərqlənərək, I yerə yüksəliblər. Basketbol və dama yarışlarında isə Maliyyə və mühasibat fakültəsinin tələbələri qalib gəliblər. Voleybol yarışlarının qalibi isə İqtisadiyyat fakültəsinin tələbələri olub.

Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2751511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR