Prezident akademik Rəfiqə Əliyevanın hüzr mərasimində iştirak edib - FOTO

Prezident akademik Rəfiqə Əliyevanın hüzr mərasimində iştirak edib - FOTO
17:24 8 May 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 8-də Heydər Məscidində tanınmış kimyaçı alim, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın hüzr mərasimi olub. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, prezident İlham Əliyev hüzr mərasimində iştirak edib.

 

Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxunub.

 

Akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verib. Onun rəhbərliyi altında çox önəmli elmi tədqiqat işləri aparılıb. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan Rəfiqə Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib. Ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayaraq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə Əliyeva ölkəmizdə analitik kimya sahəsində yeganə qadın akademikdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR