Alimlər "X planeti"ni ittiham edir - "Dünyada kütləvi məhvolmalar başlayıb..." - FOTOLAR

Alimlər "X planeti"ni ittiham edir - "Dünyada kütləvi məhvolmalar başlayıb..." - FOTOLAR
17:28 8 May 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Arkanzas Universitetindən olan alimlər Yer kürəsində baş verən kütləvi məhvolmaların səbəbini araşdırıblar. Onların fikrincə, bunun səbəbi Yerin ətrafında hərəkət edən "X planeti"dir.

Publika.az xəbər verir ki, göy cisminin orbitini müşahidə edən amerikalı astrofiziklərin gəldiyi qənaətə görə, "X planeti" Günəş şüalarının Yer kürəsinə çatmasının qarşısını alır.

Alimlər qeyd edibər ki, "X planeti" 27 milyon il ərzində ilk dəfə özündə müxtəlif ölçülərdə çoxsayda asteroid saxlayan Koyper kəmərindən kənara çıxıb. Bu tip hadisələr nəticəsində meteroidlər Yerə doğru yönəlir. Yer planetini meteroidlərin təsirindən qoruyan Yupiter onların bəzilərinin qarşısını alsa da, bir qisminin planetə yaxınlaşmasına mane ola bilmir.

Yer kürəsinə meteoridin düşməsi bütün canlı aləmə neqativ təsir göstərə bilər. Söhbət xüsusi bərkimiş toz halında olan radiasiyalı meteroiddən gedir. Belə bir meteroidin planetə düşməsinin fəsadları daha ağır ola bilər.

Bir çox alimlər isə kütləvi məhvolmaların "X planeti" faktoru ilə əlaqəli olduğuna əmin deyil. Ümumiyyətlə "X planeti"nin mövcudluğu barəsində də müəyyən şübhələr var. Nəticə olaraq, kütləvi məhvolmalar Yer planetində baş verən ən sirli və müəmmalı hadisələrdən biridir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR