Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib
17:29 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, olimpiadanın final mərhələsində respublika üzrə 16 ali təhsil müəssisəsinin 16 komandası iştirak edib.

Ümumilikdə isə, 24 ali təhsil müəssisəsindən 52 komanda qeydiyyatdan keçərək olimpiadaya qatılıb.

Beləliklə, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin “CtrlZ” komandası 2-ci, ADA Universitetinin “ADA U1” komandası 3-cü və Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası 4-cü yerə layiq görülüb.

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.

Qeyd edək ki, qaliblər Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə sponsorlar tərəfindən təqdim edilən qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərman və diplomlarla mükafatlandırılacaqlar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2751515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR