Məlumatların ötürülməsi üçün enerji cəhətdən səmərəli texnologiya təqdim edilib

Məlumatların ötürülməsi üçün enerji cəhətdən səmərəli texnologiya təqdim edilib
17:35 8 May 2017
Ölkə mətbuatı
A- A+

“Disney Research”in əməkdaşları tərəfindən hazırlanmış sistem bizi əhatə edən radiodalğalardan təkrar istifadə nəticəsində məlumatları ötürməyə imkan verir. RFID nişanlar, həmçinin analoji üsuldan istifadə edirlər, ancaq belə rabitə geniş diapazona malik deyil və  nəticədə “əşyalar interneti” üçün az səmərəlidir. Eyni zamanda “Disney Research”in həlli xeyli sayda mənbə və kanal təklif edir ki, bu da öz növbəsində kifayət qədər böyük diapazonu  təmin edir. Testlərin nəticəsinə əsasən, alimlər məlumatları 50 metr məsafəyədək ötürməyə nail olublar.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni həllin əsas özəlliyi az enerji istehlak etməsidir.

Sözügedən texnologiya ucqar rayonlarda, sivilizasiyadan uzaq yerlərdə tamamilə faydasızdır. Bununla belə, “Disney Research”in ixtirası "ağıllı" ev konsepsiyası çərçivəsində tətbiq edilə bilər.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47680-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR