Bakıda 800-ə yaxın sürücü sarı zolağın "qurbanı oldu"

Bakıda 800-ə yaxın sürücü sarı zolağın "qurbanı oldu"
17:36 8 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının yollarında çəkilmiş xüsusi sarı zolaqlara icazəsiz daxil olan 800-ə yaxın sürücü cərimələnib.

Bunu Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Yol polisi əməkdaşları tərəfindən sarı zolağa nəzarət gücləndirildiyini diqqətə çatdıran V.Əsədov sürücüləri zolağa daxil olmamağa çağırıb.

Qeyd edək ki, Bakıda yollarda sarı zolağa daxil olmağın qadağan edilməsi mayın 5-dən qüvvəyə minib. Bu zolaqda yalnız IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edir.

Qayadanı pozan sürücülər 40 manat cərimə olunur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2751513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR