Moskvanın adamı liman şəhərini “Əl-Qaidə”dən aldı

Moskvanın adamı liman şəhərini “Əl-Qaidə”dən aldı
17:38 8 May 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

General Xəlifə Xaftarın rəhbərlik etdiyi Liviya hərbçiləri ölkənin şərqində yerləşən Benqazi dəniz limanını “Əl-Qaidə” döyüşçülərindən azad edib.

Publika.az xəbər verir ki, bu haqda ordunun bəyanatına istinadən “Sky News Arabia” telekanalı bildirib.

Kanal xəbər verir ki, Xaftarın hərbçiləri limandan başqa, Benqazi şəhərinin şimalında yerləşən bir neçə obyekt üzərində nəzarəti təmin edib.

Qeyd edək ki, general Xəlifə Xaftar Liviyada Rusiyanın əsas “lobbist”i rolunda çıxış edir. Fevralın əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da söyləyib ki, Moskva Liviya generalı ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.

“Xaftar ötən il Aralıq dənizində neftdaşıyan limanların əksəriyyətini nəzarət altına alıb və o vaxtdan Rusiya prezidenti Vladimir Putin ona açıq maraq göstərir”, - İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin siyasi müşahidəçisi Ulrix Şmid cari ilin fevralında yazmışdı.

Qəddafini satan qəribə general... - Putin üçün xarabalıqlar üzərində yaranan ŞANS

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR