"Bir rayonun əlillik göstəricisi ölkə üzrə göstəricidən 7-8 dəfə artıq ola bilməz"

"Bir rayonun əlillik göstəricisi ölkə üzrə göstəricidən 7-8 dəfə artıq ola bilməz"
17:39 8 May 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

“Hazırda əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı tibb müəssisələrindəki vəziyyət çox ciddi problemdir”.

 

Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində əlilliyin və sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi və təhlilinə həsr olunmuş kollegiya iclasında deyib.

 

O. Şirəliyev əlilliklə bağlı göndərişlərin elektron formada verilməsinə keçdikdən sonra Tibbi-sosial ekspert komissiyalarına 21 minə qədər göndərişlə müraciət edildiyini, onlardan cəmi 8 519 nəfərə əlillik verildiyini söyləyib və  istər 8 248 göndərişdən imtina olunmasını, istərsə də 3 159 göndərişin düzgün doldurulmadığı üçün geri qaytarılmasını bu sahədə çalışan tibb mütəxəssisləri üçün mənfi hal kimi qiymətləndirib.

 

 “Forma 088”in həkim, şöbə müdiri, baş həkim tərəfindən düzgün doldurulmamasını “bisavadlıq” adlandıran səhiyyə naziri qeyd edib ki, bəzən düzgün yazılmadığına görə geri qaytarılan göndərişi növbəti dəfə yenidən səhv yazıb göndərirlər, hətta bu hal bir neçə dəfə təkrarlanır.

 


O.Şirəliyev əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində Səhiyyə Nazirliyi tərəfindən ciddi addımlar atıldığını, bu sahədə bir sıra əmrlər imzalandığını, tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb:  “Səhiyyə Nazirliyinə daxil olan müraciətlərin araşdırılması zamanı vətəndaşlardan əksər hallarda tibb müəssisələri və Tibbi-sosial ekspert komissiyaları tərəfindən Bakı şəhərinin klinik xəstəxanalarından stasionar müalicə barədə epikrizlərin tələb edilməsi halları müşahidə olunub. Əhalinin bu işdə rahatlığının təminatı, həmçinin, Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikaları ilə yanaşı, ölkənin digər şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsini məqsədəuyğun saydıq. Əgər əvvəl bir nəfər ekspertiza ilə məşğul olurdusa, məsuliyyəti artırmaq üçün səlahiyyəti baş həkimlərə verdik. Bunu etdik ki, qarşıya çıxan problemlər aradan qalxsın, xəstələr rayonlardan Bakıya göndərilməsinlər, kim həqiqətən xəstədirsə, əli, ayağı, gözü yoxdursa, süründürməçiliklə rastlaşmasın, yaşadığı yerdə müayinədən keçsin və göndəriş alsın. Digər tərəfdən, əlil olmayan adam da əbəs yerə rayondan şəhər xəstəxanasına göndərilməsin. Bu problemləri aradan qaldırdıq. Bəs, nəticə nə oldu?! Rəqəmlər artdı. Doğrudur, rayonlar arasında iqlim, iş şəraiti və s. cəhətdən müxtəlifliyə görə orta əlillik göstəriciləri arasında müəyyən fərqlər ola bilər. Amma bir rayonun əlillik göstəricisi ölkə üzrə orta göstəricidən 7-8 dəfə artıq ola bilməz”.

 

"Bir 
O.Şirəliyev vurğulayıb ki, əlilliyin verilməsi ilə bağlı bütün məsuliyyət səhiyyənin üzərindədir. Əgər həkim xəstəyə düzgün diaqnoz qoymasa, subyektiv qərar qəbul etsə, onun rəyi əsasında əlillik verilsə, buna görə rəyi verən məsuliyyət daşıyır.


O.Şirəliyev sonda tibb müəssisələrinin rəhbərlərinə öz işlərinə məsuliyyətlə yanaşmağı tapşırıb və Səhiyyə Nazirliyinin mütəxəssislərinin də əlilliklə bağlı məsələlərə daha ciddi nəzarət edəcəklərini deyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR